Super Liqa: “Qalatasaray” “Girəsunspor”a evdə uduzdu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Kayserispor” doğma meydanda “İstanbulspor”a, “Adana Dəmirspor” isə “Sivasspor”a qalib gəlib. Doğma meydanda “Girəsunspor”la qarşılaşan “Qalatasaray” isə gözlənilməz məğlubiyyətlə üzləşib.

Türkiyə Super Liqası
2-ci tur
13 avqust

Kayserispor – İstanbulspor 1:0
Qol: M.Kadrozo, 4.

Adana Dəmirspor – Sivasspor 3:0
Qol: Belhanda, 41. Onyekuru, 51. Akintola, 70.

Qalatasaray – Girəsunspor 0:1
Qol: Sayns, 77.