Super Liqa: “Qalatasaray” “Karagümrük” səddinə ilişdi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç görüş baş tutub.

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” səfərdə “Kasımpaşa” üzərində qələbəyə sevinib. Səkkiz qolun qeydə alındığı “Adana Dəmirspor” – “Kayserispor” matçında meydan sahibləri qalib gəliblər. Lider “Qalatasaray” isə evdə “Fatih Karagümrük”lə qarşılaşıb. Altı qolluq bu görüşdə qalib müəyyənləşməyib.

Turun qalan görüşləri aprelin 24-də keçiriləcək.

Türkiyə Super Liqası
31-ci tur
22 aprel

Ümraniyəspor – Beşiktaş 0:2
Qol: Redmond, 25. Abubakar, 71.

23 aprel

Kasımpaşa – Konyaspor 1:2
Qol: Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.

Adana Dəmirspor – Kayserispor 5:3
Qol: Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.

Qalatasaray – Fatih Karagümrük 3:3
Qol: K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.

24 aprel

18:00. Girəsunspor – Başakşəhər
21:00. Antalyaspor – Sivasspor
21:00. Fənərbaxça – İstanbulspor

Xəbəri sosial şəbəkələrdə paylaş: