Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 1-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.
“Girəsunspor” doğma meydanda “Adana Dəmirspor”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Andrea Pirlonun çalışdırdığı “Fatih Karagümrük” isə ilk oyununda “Alanyaspor”la qarşılaşıb. Altı qolluq bu görüşdə də qələbəni qonaqlar bayram ediblər.
“Qalatasaray” isə səfərdə “Antalyaspor”la münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi bu görüşdə minimal hesabla üstün olub.
Türkiyə Super Liqası
1-ci tur
7 avqust
Girəsunspor – Adana Dəmirspor 2:3
Qol: Sayns, 56. R.Berisbek, 90+1 – G.İnler, 23. Belhanda, 28. Onyekuru, 82.
Fatih Karagümrük – Alanyaspor 2:4
Qol: Borini, 55. Biraski, 72 – Eduardo, 19; 70. E.Bəkiroğlu, 28. E.Yardımcı, 90+3.
Antalyaspor – Qalatasaray 0:1
Qol: Qomis, 90.