Super Liqa: “Qalatasaray” qalib gəldi, “Sivasspor” evdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 34-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Uğursuz mövsüm keçirən “Sivasspor” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı “Konyaspor” da səfərdə “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib. Konyalılar bu oyunda 3 cavabsız qola seviniblər. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və hesab 2:0 komandasının xeyrinə olarkən, 64-cü dəqiqədə əvəzlənib.

Günün son matçı da qonaqların qələbəsiylə yekunlaşıb. Lider “Qalatasaray” “İstanbulspor”un qonağı olub. “Sarı-qırmızılar” argentinalı ulduz Mauro İkardinin dublu sayəsində inamlı qələbəyə seviniblər.

34-cü turun qalan qarşılaşmaları 17 və 18 mayda baş tutacaq.

Türkiyə, Super Liqa
34-cü tur
16 may

Sivasspor – Kasımpaşa 1:2
Qol: E.Gökay, 90+7 – Ben Uanes, 66. Fall, 84.

Alanyaspor – Konyaspor 0:3
Qol: Pozuelo, 15; 74. S.Dikmen, 54.

İstanbulspor – Qalatasaray 0:2
Qol: İkardi, 45+11-pen; 89.

17 may

18:00. Başakşəhər – Ümraniyəspor
21:00. Ankaragücü – Antalyaspor
21:00. Fatih Karagümrük – Adana Dəmirspor

18 may

21:00. Fənərbaxça – Trabzonspor