Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Samsunspor” doğma meydanda “Konyaspor”a, “Bodrumspor” isə “Başakşəhər”ə tək qolla uduzub. Beş qolun qeydə alındığı “Sivasspor” – “Qaziantep” matçında isə meydan sahibləri qələbə qazanıblar. Son çempion “Qalatasaray” da “Rizəspor”la ev oyunundan 5 cavabsız qolla qalib ayrılıb.
5-ci turun qalan görüşləri sentyabrın 15-də və 16-da keçiriləcək.
Türkiyə, Super Liqa
5-ci tur
14 sentyabr
Samsunspor – Konyaspor 0:1
Qol: Pedrinyo, 30.
Sivasspor – Qaziantep 3:2
Qollar: Manay, 37. Balde, 69. Paluli, 83 – Maksim, 8-pen. Kodro, 88.
Bodrumspor – Başakşəhər 0:1
Qol: Duarte, 90+1.
Qalatasaray – Rizəspor 5:0
Qollar: D.Sançes, 3. A.Bardakçı, 25. Q.Sara, 49. Mertens, 61. B.A.Yılmaz, 80.
15 sentyabr
18:00. Kasımpaşa – Fənərbaxça
18:00. Kayserispor – Eyüpspor
21:00. Alanyaspor – Hatayspor
21:00. Trabzonspor – Beşiktaş
16 sentyabr
21:00. Antalyaspor – Adana Dəmirspor


