Super Liqa: “Qalatasaray” “Ümraniyəspor”u tək qolla yendi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 3-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Qalatasaray” səfərdə “Ümraniyəspor”la qarşılaşıb. Matçın taleyibi bir qol həll edib. İstanbul təmsilçisini yenə son dəqiqələrdə fərqlənən Bafetimbi Qomis sevindirib.

Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə Super Liqası
3-cü tur
19 avqust

Ümraniyəspor – Qalatasaray 0:1
Qol: B.Qomis, 86.