Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Turun açılış matçında “Kasımpaşa” “Qaziantep”lə ev oyunundan minimal hesabla qalib ayrılıb.
Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Başakşəhər”, eləcə də “Kayserispor”un qonağı olan son çempion “Trabzonspor” bu turu qələbə ilə başa vurub. Liderlər qrupunda qərarlaşmış “Adana Dəmirspor”la “Qalatasaray”ın duelində isə qapılara qol vurulmayıb.
Tura 2-3 oktyabrda keçiriləcək oyunlarla yekun vurulacaq.
Türkiyə Super Liqası
8-ci tur
1 oktyabr
Kasımpaşa – Qaziantep 1:0
Qol: Çelina, 57.
Ankaragücü – Başakşəhər 1:2
Qol: T.Cigerci, 55-pen – Okaka, 3. D.Türüç, 81.
Kayserispor – Trabzonspor 1:2
Qol: Qavranoviç, 25 – Bakasetas, 78. U.Bozok, 83.
Adana Dəmirspor – Qalatasaray 0:0
2 oktyabr
15:30. Alanyaspor – Girəsunspor
15:30. Sivasspor – Hatayspor
18:00. Konyaspor – Ümraniyəspor
21:00. Beşiktaş – Fənərbaxça
3 oktyabr
21:00. Fatih Karagümrük – İstanbulspor