Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda lider “Qalatasaray” doğma meydanda “Bodrumspor”la qarşılaşıb. İstanbul nəhəngi bu görüşdə 2 cavabsız qolla qalib gəlib.
Beş qolun qeydə alındığı “Hatayspor” – “Konyaspor” matçında isə qonaqlar qələbə qazanıblar.
32-ci turun qalan görüşləri aprelin 19-da, 20-də və 21-də keçiriləcək.
Türkiyə, Super Liqa
32-ci tur
18 aprel
Qalatasaray – Bodrumspor 2:0
Qollar: L.Torreyra, 29. D.Sançes, 81.
Hatayspor – Konyaspor 2:3
Qollar: B.Butobba, 8. A.Parmak, 32 – M.Yevtoviç, 10. L.Prip, 70. O.Ulğun, 90.
19 aprel
14:30. Kasımpaşa – Sivasspor
17:00. Adana Dəmirspor – Trabzonspor
20:00. Göztəpə – Beşiktaş
20 aprel
14:30. Başakşəhər – Qaziantep
17:00. Rizəspor – Eyüpspor
20:00. Fənərbağça – Kayserispor
21 aprel
21:00. Alanyaspor – Samsunspor