Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Eyüpsor” doğma meydanda “Samsunspor”a, “Başakşəhər” isə “Hatayspor”a 3 cavabsız qolla qalib gəlib. “Kayserispor” da “Alanyaspor”u məğlub yola salıb. Beş qolun qeydə alındığı “Sivasspor” – “Qalatasaray” matçında isə son çempion və indiki lider qələbə qazanıb.
15-ci tura dekabrın 9-da keçiriləcək “Qaziantep” – “Rizəspor” oyunu ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
15-ci tur
6 dekabr
Trabzonspor – Kasımpaşa 2:2
Qollar: Banza, 79. Nvakaeme, 82 – Kafu, 38. Da Kosta, 90+1.
7 dekabr
Konyaspor – Antalyaspor 1:1
Qollar: A.Demirbağ, 16 – Larsson, 90+1-pen.
Göztəpə – Adana Dəmirspor 3:1
Qollar: J.Santos, 39. Romulo, 42. Tiyaniç, 60 – Aymbetov, 87.
Beşiktaş – Fənərbaxça 1:0
Qol: Oksleyd-Çemberleyn, 73.
8 dekabr
Eyüpsor – Samsunspor 3:0
Qollar: Tiam, 55; 69. H.Akbunar, 65.
Kayserispor – Alanyaspor 2:0
Qollar: Boa Morte, 51. Mane, 66.
Sivasspor – Qalatasaray 2:3
Qollar: Q.Rodriqes, 25. Boke, 90+1 – Y.Akgün, 36. Osimhen, 45+9. B.A.Yılmaz, 53.
Başakşəhər – Hatayspor 3:0
Qollar: Krespo, 56. Pyontek, 83. Keni, 90+4.
9 dekabr
21:00. Qaziantep – Rizəspor


