Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Samsunspor” – “Göztəpə” matçında meydan sahibləri qələbə qazanıblar. “Alanyaspor” da “Rizəspor”la ev oyunundan çətin qələbə ilə ayrılıb.
Son çempion və lider “Qalatasaray” da “Kasımpaşa”nı qəbul edib. Bu oyunadək itkisiz irəliləyən İstanbul nəhəngi bu dəfə gözlənilməz xal itkisi ilə üzləşib. 34-cü dəqiqədə 3:0 öndə olan Türkiyə çempionu qalan dəqiqələrdə bu üstünlüyü əldən verib və yekunda 1 xalla kifayətlənib.
7-ci turun qalan görüşləri sentyabrın 29-da və 30-da keçiriləcək.
Türkiyə, Super Liqa
7-ci tur
27 sentyabr
Sivasspor – Başakşəhər 1:2
Qollar: Meniq, 82 – Fiqeyredo, 43; 49.
28 sentyabr
Samsunspor – Göztəpə 4:3
Qollar: Marius, 28. Ntçam, 70; 90+1. Şindler, 79 – Z.Yavru, 13-öz qapısına. Romulo, 41. J.Santos, 50.
Alanyaspor – Rizəspor 1:0
Qol: Yanvye, 33.
Qalatasaray – Kasımpaşa 3:3
Qollar: Osimhen, 20; 28. İkardi, 34 – Fall, 44. Hayradinoviç, 83. Da Kosta, 90+5.
29 sentyabr
17:00. Eyüpspor – Qaziantep
17:00. Trabzonspor – Konyaspor
20:00. Antalyaspor – Fənərbaxça
20:00. Bodrumspor – Adana Dəmirspor
30 sentyabr
21:00. Kayserispor – Beşiktaş