Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Rizəspor” doğma meydanda “Qaziantep” üzərində əzmkar qələbəyə sevinib.
“Hatayspor” da bu turda “Samsunspor”u 3 cavabsız qolla məğlub edib. Hatay təmsilçisinin formasını geyinən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu oyunda sonadək ehtiyatda qalıb.
Yeddi qolun qeydə alındığı “Kasımpaşa” – “Qalatasaray” matçında lider növbəti, amma çətin qələbəyə sevinib.
Turun mərkəzi oyununda “Trabzonspor”la “Fənərbaxça” üz-üzə gəlib. Beş qolun vurulduğu bu görüşdə də İstanbul təmsilçisi çətin qələbəyə imza atıb.
Beləliklə, 30 turdan sonra 81 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 79 xalla 2-ci, “Trabzonspor” 49 xalla 3-cü pillədə qərarlaşıb. “Beşiktaş”ın 46, “Kasımpaşa”nın 43, “Başakşəhər” və “Rizəspor”un 42, “Antalyaspor”un 41 xalı var.
Türkiyə, Super Liqa
30-cu tur
15 mart
Fatih Karagümrük – Konyaspor 1:1
Qollar: G.Yalçın, 85 – Ndao, 43.
Pendikspor – İstanbulspor 1:0
Qol: H.Akbunar, 90+7.
16 mart
Alanyaspor – Kayserispor 1:0
Qol: O.Aydın, 90+13.
Ankaragücü – Başakşəhər 2:1
Qollar: T.Cigerci, 57-pen. Sou, 67 – Fiqeyredo, 80.
Adana Dəmirspor – Sivasspor 4:1
Qollar: Y.Atal, 13. Y.Sarı, 54. Nani, 65. E.Akbaba, 83 – Koita, 51.
Beşiktaş – Antalyaspor 1:2
Qollar: Muçi, 46 – B.Balçı, 5. A.Buksa, 38.
17 mart
Rizəspor – Qaziantep 3:1
Qollar: Mbakata, 64-öz qapısına. Olavoyin, 84. Zeqiri, 90+7 – Soresku, 54.
Hatayspor – Samsunspor 3:0
Qollar: Strandberq, 3. Dele-Başiru, 89. Rivas, 90+2.
Kasımpaşa – Qalatasaray 3:4
Qollar: İkardi, 34-öz qapısına. A.Kara, 57. Da Kosta, 77 – Mertens, 27. İkardi, 28; 83. Karlos Vinisius, 90.
Trabzonspor – Fənərbaxça 2:3
Qollar: Bardi, 63. Trezeqe, 78-pen – Fred, 14; 45+4. Batşuayi, 87.