Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Qaziantep” “Rizəspor”u qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.
Beləliklə, 15 turdan sonra 38 xal toplamış “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 32 xalla 2-ci, “Samsunspor” 29 xalla 3-cü, “Eyüpspor” 26 xalla 4-cü, “Beşiktaş” 25 xalla 5-ci, “Göztəpə” 24 xalla 6-cı pillədə qərarlaşıb. “Başakşəhər”in 22, “Konyaspor” və “Rizəspor”un 19, “Qaziantep”, “Sivasspor” və “Antalyaspor”un 18, “Trabzonspor” və “Kasımpaşa”nın 16, “Kayserispor”un 15, “Alanyaspor”un 14, “Bodrumspor”un 11, “Hatayspor”un 8 xalı var. Türkiyə Futbol Federasiyası tərəfindən 3 xalı silinmiş “Adana Dəmirspor” isə -1 xalla sonuncudur.
Türkiyə, Super Liqa
15-ci tur
6 dekabr
Trabzonspor – Kasımpaşa 2:2
Qollar: Banza, 79. Nvakaeme, 82 – Kafu, 38. Da Kosta, 90+1.
7 dekabr
Konyaspor – Antalyaspor 1:1
Qollar: A.Demirbağ, 16 – Larsson, 90+1-pen.
Göztəpə – Adana Dəmirspor 3:1
Qollar: J.Santos, 39. Romulo, 42. Tiyaniç, 60 – Aymbetov, 87.
Beşiktaş – Fənərbaxça 1:0
Qol: Oksleyd-Çemberleyn, 73.
8 dekabr
Eyüpsor – Samsunspor 3:0
Qollar: Tiam, 55; 69. H.Akbunar, 65.
Kayserispor – Alanyaspor 2:0
Qollar: Boa Morte, 51. Mane, 66.
Sivasspor – Qalatasaray 2:3
Qollar: Q.Rodriqes, 25. Boke, 90+1 – Y.Akgün, 36. Osimhen, 45+9. B.A.Yılmaz, 53.
Başakşəhər – Hatayspor 3:0
Qollar: Krespo, 56. Pyontek, 83. Keni, 90+4.
9 dekabr
Qaziantep – Rizəspor 1:0
Qol: Qrbiç, 4-öz qapısına.


