Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında uğurlu mövsüm keçirən “Samsunspor” “Antalyaspor”u qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Beləliklə, 11 turdan sonra 28 xal toplamış “Qalatasaray” vahid liderdir. “Samsunspor” 25 xalla ikinci, “Fənərbaxça” isə 23 xalla üçüncü pillədə qərarlaşıb.
“Beşiktaş” 20, “Eyüpspor” 19, “Sivasspor” 17, “Göztəpə” və “Başakşəhər” 15, “Kasımpaşa” və “Konyaspor” 14, “Trabzonspor” və “Qaziantep” 12, “Bodrumspor” və “Antalyaspor” 11, “Alanyaspor” və “Rizəspor” 10 xal toplayıblar.
Türkiyə, Super Liqa
11-ci tur
1 noyabr
Qaziantep – Göztəpə 2:1
Qollar: Lunqoyi, 77. Soresku, 82 – A.İldiz, 64.
2 noyabr
Sivasspor – Rizəspor 3:1
Qollar: Sundberq, 49; 61 – Vareşanoviç, 8.
Kayserispor – Adana Dəmirspor 0:0
Beşiktaş – Kasımpaşa 1:3
Qollar: Muçi, 45+3 – Vink, 54. A.Kara, 70. Fall, 88.
3 noyabr
Konyaspor – Başakşəhər 3:2
Qollar: Ndao, 32; 50; 73 – Opoku, 45+2. Pyontek, 90+3.
Bodrumspor – Alanyaspor 0:0
Eyüpspor – Hatayspor 2:0
Qollar: Tiam, 11; 60.
Trabzonspor – Fənərbaxça 2:3
Qollar: Banza, 59-pen; 67-pen – Fred, 42. Dzeko, 75. Amrabat, 90+12.
4 noyabr
Samsunspor – Antalyaspor 2:0
Qollar: Holse, 45. Dimata, 49.


