Super Liqa: “Samsunspor” “Rizəspor”u darmadağınla yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında “Samsunspor” doğma meydanda “Rizəspor”u sınağa çəkib. Meydan sahibləri bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.

27-ci turun digər qarşılaşmaları qarşıdakı günlərdə baş tutacaq.

Türkiyə, Super Liqa
27-ci tur
23 fevral

Samsunspor – Rizəspor 3:0
Qollar: Van Drongelen, 12. Holse, 54. Ntçam, 78-pen.

24 fevral

14:30. Kayserispor – Ankaragücü
17:00. Qaziantep – Başakşəhər
20:00. Fənərbaxça – Kasımpaşa
20:00. Konyaspor – Hatayspor

25 fevral

14:30. Sivasspor – Pendikspor
17:00. Fatih Karagümrük – Alanyaspor
17:00. Trabzonspor – Adana Dəmirspor
20:00. İstanbulspor – Beşiktaş

26 fevral

21:00. Qalatasaray – Antalyaspor