Super Liqa: “Sivasspor” “Başakşəhər”ə evdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sivasspor” “Başakşəhər”i qəbul edib. Üç qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.

7-ci turun qalan görüşləri sentyabrın 28-də, 29-da və 30-da keçiriləcək.

Türkiyə, Super Liqa
7-ci tur
27 sentyabr

Sivasspor – Başakşəhər 1:2
Qollar: Meniq, 82 – Fiqeyredo, 43; 49.

28 sentyabr

17:00. Samsunspor – Göztəpə
20:00. Alanyaspor – Rizəspor
20:00. Qalatasaray – Kasımpaşa

29 sentyabr

17:00. Eyüpspor – Qaziantep
17:00. Trabzonspor – Konyaspor
20:00. Antalyaspor – Fənərbaxça
20:00. Bodrumspor – Adana Dəmirspor

30 sentyabr

21:00. Kayserispor – Beşiktaş