Bu gün Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün dekabr ayından təxirə salınmış 16-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Sivasspor” – “Qalatasaray” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Nəticədə son çempion xal itkisi ilə üzləşib.
Üç qolun qeydə alındığı “Trabzonspor” – “Samsunspor” matçında isə meydan sahibləri qələbə qazanıblar.
Beləliklə, 19 turdan sonra 50 xala malik “Fənərbaxça” vahid liderdir. 48 xala malik “Qalatasaray” ikinci, 36 xalı olan “Trabzonspor” üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 32, “Adana Dəmirspor”, “Kayserispor” və “Rizəspor” 29, “Antalyaspor” 28, “Kasımpaşa” 26, “Sivasspor” 25, “Başakşəhər” 23, “Alanyaspor” 22 xal toplayıb.
Türkiyə, Super Liqa
16-cı tur
9 yanvar
Alanyaspor – Ankaragücü 1:1
Qollar: Balkoveç, 48 – Radakoviç, 68.
Pendikspor – Antalyaspor 0:1
Qol: B.Öztürk, 19.
Kasımpaşa – Başakşəhər 0:3
Qollar: S.Gürlər, 24. Keni, 54. Opoku, 68.
Rizəspor – Beşiktaş 0:4
Qollar: Raşiça, 4. S.Kılıçsoy, 45; 47. C.Tosun, 79.
10 yanvar
Hatayspor – Qaziantep 0:0
Fatih Karagümrük – Kayserispor 4:1
Qollar: Roden, 23; 38; 41. Lasanya, 52 – Morte, 45+2.
Adana Dəmirspor – İstanbulspor 2:2
Qollar: Barasi, 29. Qravillon, 78 – Vorobyovas, 80. Duhaney, 84.
Fənərbaxça – Konyaspor 7:1
Qollar: Dzeko, 11-pen; 32; 40. M.Müldür, 42. Şimanski, 44. Batşuayi, 63. U.Yazgili, 83-öz qapısına – Gilyerme, 90.
11 yanvar
Sivasspor – Qalatasaray 1:1
Qollar: Koyta, 86-pen – K.Dəmirbay, 45+1.
Trabzonspor – Samsunspor 2:1
Qollar: Benkoviç, 21. Onuaçu, 45+1 – T.Antalyalı, 90+5-pen.