Super Liqa: “Sivasspor”dan ilk qələbə, “Başakşəhər”dən ilk yenilgi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 9-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Son çempion “Trabzonspor” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Lider “Başakşəhər” isə “Sivasspor”u qəbul edib. Uzun müddət idi məğlubuyyət tanımayan İstanbul təmsilçisi bu oyunda xalsız qalıb. Çox uğursuz mövsüm keçirən Sivas təmsilçisi də bu sürpriz qələbə sayəsində ilk dəfə 3 xala sevinib.

Beləliklə, 9 turdan sonra “Adana Dəmirspor”, “Beşiktaş” və “Konyaspor” 18 xalla zirvəyə şərikdirlər. “Fənərbaxça”, “Başakşəhər”, “Qalatasaray” və “Trabzonspor”un isə 17 xalı var.

Türkiyə Super Liqası
9-cu tur
7 oktyabr

Qaziantep – Adana Dəmirspor 1:1
Qol: Markoviç, 69 – Assombalonqa, 60.

8 oktyabr

İstanbulspor – Ankaragücü 1:2
Qol: Ethemi, 55 – E.Kılınc, 16. Sou, 90+1.

Antalyaspor – Konyaspor 1:1
Qol: Fernando, 51 – Kalvo, 90+6.

Girəsunspor – Beşiktaş 0:1
Qol: T.Sanuc, 34.

9 oktyabr

Ümraniyəspor – Kayserispor 2:2
Qol: U.Nayir, 48. T.Qlumaç, 59 – M.Kardozo, 25. Mensa, 64.

Hatayspor – Alanyaspor 1:0
Qol: B.Öksüz, 72.

Fənərbaxça – Fatih Karagümrük 5:4
Qol: Krespo, 9. Valensiya, 28; 61-pen; 72-pen. Batşuayi, 90+5 – Borini, 16; 65-pen. Kuassi, 24. B.Kapacak, 83.

10 oktyabr

Başakşəhər – Sivasspor 0:2
Qol: Saba, 45+2-pen.

Trabzonspor – Kasımpaşa 0:0