Super Liqa: “Sivasspor”dan son oyunda çətin qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün sonuncu – 38-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “Samsunspor”u, “Sivasspor” isə “Kayserispor”u qəbul edib. Hər iki oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Tura və mövsümə mayın 26-da keçiriləcək həlledici qarşılaşmalarla yekun vurulacaq.

Türkiyə, Super Liqa
38-ci tur
24 may

Alanyaspor – Antalyaspor 1:1
Qollar: Hvanqa, 3 – Buksa, 80.

25 may

Fatih Karagümrük – Samsunspor 3:1
Qollar: Markao, 42. R.Mendes, 50. G.Yalçın, 90+2 – S.Aydoğdu, 57.

Sivasspor – Kayserispor 2:1
Qollar: Koita, 9. M.Çaktaş, 53 – Attama, 24.

26 may

20:00. Adana Dəmirspor – Başakşəhər
20:00. Fənərbaxça – İstanbulspor
20:00. Hatayspor – Rizəspor
20:00. Kasımpaşa – Beşiktaş
20:00. Konyaspor – Qalatasaray
20:00. Pendikspor – Qaziantep
20:00. Trabzonspor – Ankaragücü