Super Liqa: “Trabzonspor” “Göztəpə”yə səfərdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Hatayspor” doğma meydanda “Kayserispor”a, “Kasımpaşa” isə “Samsunspor”a uduzub.

Üç qolun qeydə alındığı “Göztəpə” – “Trabzonspor” matçında meydan sahibləri qalib gəliblər.

10-cu turun qalan görüşləri oktyabrın 27-də və 28-də keçiriləcək.

Türkiyə, Super Liqa
10-cu tur
25 oktyabr

Adana Dəmirspor – Sivasspor 2:4
Qollar: Y.Barasi, 13. S.Güler, 16 – Koita, 38. Q.Rodriqes, 61. Manay, 66. Radakoviç, 88.

26 oktyabr

Hatayspor – Kayserispor 0:1
Qol: K.Yılmaz, 76.

Kasımpaşa – Samsunspor 1:4
Qollar: A.Kara, 31 – Holse, 67; 77. S.Aydoğdu, 71. Tait, 86.

Göztəpə – Trabzonspor 2:1
Qollar: Solet, 60. Tiyaniç, 90+2 – Banza, 64-pen.

27 oktyabr

14:30. Qaziantep – Konyaspor
17:00. Alanyaspor – Antalyaspor
20:00. Fənərbaxça – Bodrumspor

28 oktyabr

18:00. Başakşəhər – Eyüpspor
21:00. Qalatasaray – Beşiktaş

Xəbəri sosial şəbəkələrdə paylaş: