Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Samsunspor” – “Adana Dəmirspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Bu oyunda qonaqların heyətində meydana çıxmış Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb. O, 68-ci dəqiqədə sarı vərəqə də alıb.
“Kayserispor” – “Trabzonspor” və “İstanbulspor” – “Fatih Karagümrük” matçlarında oxşar nəticə qeydə alınıb. Hər iki matç qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Səfərdə “Konyaspor”la qarşılaşan “Alanyaspor” da turu inamlı qələbə ilə başa vurub.
33-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
33-cü tur
19 aprel
Beşiktaş – Ankragücü 2:0
Qollar: Muçi, 18. Muleka, 67.
20 aprel
İstanbulspor – Fatih Karagümrük 1:2
Qollar: Koli, 85 – G.Yalçın, 86. Fequli, 90+7-pen.
Konyaspor – Alanyaspor 0:2
Qollar: Haderqyonay, 45+1. Karlos Eduardo, 90+2.
Kayserispor – Trabzonspor 1:2
Qollar: Burabia, 87 – E.Destan, 24. Pepe, 58.
Samsunspor – Adana Dəmirspor 1:1
Qollar: Dimata, 90+2 – Mendosa, 41.
21 aprel
14:30. Başakşəhər – Rizəspor
20:00. Antalyaspor – Hatayspor
20:00. Qalatasaray – Pendikspor
20:00. Qaziantep – Kasımpaşa
22 aprel
21:00. Sivasspor – Fənərbaxça