Super Liqa: “Trabzonspor” mövsümü məğlubiyyətlə başa vurdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün sonuncu – 38-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “Kasımpaşa” üzərində darmadağına sevinib.

“Sivasspor” – “Kayserispor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Başakşəhər” isə “Trabzonspor”u qəbul edib. Dörd qolun qeydə alındığı matç İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqasında 2022/2023 mövsümünə sabah keçiriləcək və eyni saatda start götürəcək dörd oyunla yekun vurulacaq.

Türkiyə, Super Liqa
38-ci tur
6 iyun

Fatih Karagümrük – Kasımpaşa 3:0
Qol: Lobjanidze, 14. Diaqne, 67; 82.

Sivasspor – Kayserispor 1:1
Qol: C.Osmanpaşa, 10 – Uzodimma, 18.

Başakşəhər – Trabzonspor 3:1
Qol: D.Türüç, 34. E.Elmalı, 48-öz qapısına. Lima, 79 – Vişça, 62.

7 iyun

21:00. Ankaragücü – Adana Dəmirspor
21:00. Beşiktaş – Konyaspor
21:00. Girəsunspor – Antalyaspor
21:00. İstanbulspor – Ümraniyəspor