Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda “Antalyaspor” “Rizəspor”u qəbul edib. Yeddi qolun qeydə alındığı oyunda qonaqlar darmadağına seviniblər.
“Trabzonspor” da doğma meydanda “Kayserispor”u 4 cavabsız qolla məğlub edib.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə, Super Liqa
8-ci tur
3 oktyabr
Antalyaspor – Rizəspor 2:5
Qollar: S.Dikmen, 13. Kvançara, 89 – Rak-Sakyi, 4; 48. Yureçka, 9. Zeqiri, 86. Mihayla, 90+1.
Trabzonspor – Kayserispor 4:0
Qollar: O.Yokuşlu, 12. F.Auqusto, 53. Zubkov, 56. Onuaçu, 90+5-pen.
4 oktyabr
15:30. Gənclərbirliyi – Alanyaspor
18:00. Kocaelispor – Eyüpspor
21:00. Qalatasaray – Beşiktaş
5 oktyabr
15:30. Kasımpaşa – Konyaspor
18:00. Karagümrük – Qaziantep
21:00. Göztəpə – Başakşəhər
21:00. Samsunspor – Fənərbağça



