Super Liqa: “Trabzonspor”a 1 qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 20-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Trabzonspor” doğma meydanda autsayder “Yeni Malatyaspor”u qəbul edib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

“Qalatasaray” bu turda “Girəsunspor”, “Beşiktaş” isə “Rizəspor”la qarşılaşacaq. İstanbulun digər təmsilçisi “Fənərbaxça”nın rəqibi isə “Adana Dəmirspor” olacaq.

Türkiyə Super Liqası
20-ci tur
7 yanvar

Trabzonspor – Yeni Malatyaspor 1:0
Qol: Kornelius, 23.

8 yanvar

14:30. Qaziantep – Fatih Karagümrük
17:00. Alanyaspor – Başakşəhər
17:00. Kasımpaşa – Hatayspor
20:00. Qalatasaray – Girəsunspor

9 yanvar

14:30. Konyaspor – Sivasspor
17:00. Göztəpə – Antalyaspor
17:00. Kayserispor – Altay
20:00. Rizəspor – Beşiktaş

10 yanvar

21:00. Fənərbaxça – Adana Dəmirspor

Xəbəri sosial şəbəkələrdə paylaş: