Super Liqa: “Trabzonspor”a bir zərbə də “Kasımpaşa”dan

Futbol üzrə Türkiyə çempionatında (Super Liqası) 2022/2023 mövsümünün 28-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Ankaragücü” – “İstanbulspor” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. Son çempion “Trabzonspor” isə səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib. Çətin dönəmdən keçən Trabzon təmsilçisi bu oyundan da məğlubiyyətlə ayrılıb.

26-cı turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə Super Liqası
28-ci tur
7 aprel

Konyaspor – Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 – Rayt, 45.

8 aprel

Ankaragücü – İstanbulspor 3:2
Qol: Sou, 10; 53. Diak, 24 – K.Şen, 47. Eyenqa-Lokilo, 55.

Kasımpaşa – Trabzonspor 2:0
Qol: Şuyar, 29. Eysserik, 76.

9 aprel

17:00. Sivasspor – Başakşəhər
21:30. Beşiktaş – Girəsunspor

10 aprel

17:00. Kayserispor – Ümraniyəspor
21:30. Fatih Karagümrük – Fənərbaxça

Xəbəri sosial şəbəkələrdə paylaş: