Super Liqa: “Trabzonspor”dan növbəti qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Sivasspor” “Yeni Malatyaspor”u, “Antalyaspor” isə “Fatih Karagümrük”ü məğlub yola salıb.

Lider “Trabzonspor” da “Konyaspor”la qarşılaşıb. Trabzon təmsilçisi doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.

Sonuncu oyun günündə “Hatayspor” “Göztəpə” ilə, “Beşiktaş” isə “Adana Dəmirspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
25-ci tur
11 fevral

Altay – Rizəspor 0:0

12 fevral

Başakşəhər – Qaziantep 2:0
Qol: Pizzi, 34. S.Gürler, 87.

Girəsunspor – Fənərbaxça 1:2
Qol: Çikinyo, 2 – Valensiya, 30. Pelkas, 53.

Qalatasaray – Kayserispor 1:1
Qol: M.Məhəmməd, 85 – M.Kardozo, 70.

13 fevral

Sivasspor – Yeni Malatyaspor 2:1
Qol: Kayode, 52. Fajr, 70 – K.Özer, 31.

Antalyaspor – Fatih Karagümrük 3:0
Qol: Fernando, 17. Kudryaşov, 30. A.Mehmedi, 85.

Kasımpaşa – Alanyaspor 2:2
Qol: Fall, 65. Muleka, 68 – Eduardo, 42. E.Bekiroğlu, 74.

Trabzonspor – Konyaspor 2:1
Qol: Vişça, 13; 67 – Çikalleşi, 83.

14 fevral

21:00. Adana Dəmirspor – Beşiktaş
21:00. Hatayspor – Göztəpə