Super Liqada yeni mövsüm çempionun qələbəsiylə başladı

Futbol üzrə Türkiyə Super Liqasında 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

1-ci turun açılış oyununda son çempion “Trabzonspor” səfərdə “İstanbulspor”la üz-üzə gəlib. Trabzon təmsilçisi bu oyundan 2 cavabsız qolla qalib ayrılıb.

İlk turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə Super Liqası
1-ci tur
5 avqust

İstanbulspor – Trabzonspor 0:2
Qollar: Karnelius, 16, Densvil, 86.