Şuşa şəhərində basketbol turniri: İştirakçılar bəlli oldu

12-13-də iyunda Şuşa şəhərində qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq.

Arena.az xəbər verir ki, artıq bu yarışda iştirak edəcək komandaların siyahısı da müəyyənləşib.

Belə ki, turnirdə ümumilikdə 8 komanda mübarizə aparacaq. Onlardan ikisi klub komandasıdır.

İştirakçıların tam siyahısı belədir:
Azərbaycan milli komandası
Almaniya milli komandası
Niderland milli komandası
Rumıniya milli komandası
Macarıstan milli komandası
Türkiyə milli komandası
Yaponiyanın “G Flou” komandası
Azərbaycanın “Neftçi” komandası

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Şuşa mərhələsinin oyunları Şuşa şəhərindəki “Tut Bağı”nda keçiriləcək.

Dünya Qadın Seriyasının bir mərhələsi də ötən ay Astarada baş tutmuş və Çin milli komandasının qələbəsiylə yekunlaşmışdı.