“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 32-ci turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlax şəhər stadionunda baş tutmuş görüşü “Qəbələ”nin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Kaxaber Sxadadze matçdan sonra təşkil edlmiş mətbuat konfransında komandasının qələbəsi barədə bunları söyləyib:
“Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oynadıq. Birinci hissədə son zərbələri tamamlamaqda çətinlik çəkirdik. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin bundan sonra da kombinasiyalı, üstün oyun göstərməkdə davam etdik. İki qol vurduq. Daha çox fərqlənmək imkanımız var idi. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti olmasa da, futbolçular konsentrasiyanı əldən vermədilər. Maraqlı oyun izlədik”.


