Sxadadze: “Keyta və Akinadedən razı qaldım”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın digər təmsilçisi “Araz-Naxçıvan”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutmuş görüşündə “Qəbələ” 1:0 hesablı qələbəyə sevinib.

Kaxaber Sxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları qeyd edib:

“Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım”.

Xəbəri sosial şəbəkələrdə paylaş: