Tərlan Quliyev “100”ə çatdı

Tərlan Quliyev “Keşlə”də 100-cü çempionat oyununu keçirib. Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 11-ci turuna təsadüf edib.

Müdafiəçi “Qarabağ”la görüşdə (0:1) sonradan meydana çıxıb.

Tərlan Quliyev 2016-cı ilin yayından formasını geyindiyi paytaxt klubunda 6-cı mövsümdə “100”ə çatıb. O, bu qarşılaşmalarda 2 qol vurub.

Maraqlıdır ki, Tərlanın “Keşlə”dəki debütü də “Qarabağ”la matça təsadüf edib. 2016-cı avqustun 7-dəki ev oyununda paytaxt klubu 2:1 hesablı qələbə qazanıb.