Taekvondo: Gənclərdən ibarət millimiz DÇ-yə yollandı

Oktyabrın 1-də Cənubi Koreyanın Çunçeon şəhərində gənclər arasında təşkil olunmuş taekvondo üzrə dünya çempionatına start veriləcək.

Arena.az xəbər verir ki, yarışda Azərbaycan taekvondoçuları da iştirak edəcəklər.

Mundiala qatılacaq millimizin üzvləri artıq Çunçeon şəhərinə yollanıblar. Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov mundialda bu taekvondoçulara şans verəcəklər:

İlyas Hətəmli (45 kq)
Məhəmməd Həsənli (48 kq)
Harun Salmanzadə (51 kq)
Fuad Məhərləmli (55 kq)
Ziya Həsənli (59 kq)
Vasif Səlimov (63 kq)
Yunis Hüseynov (68 kq)
Hüseyn Xudiyev (73 kq)
Elcan Əliyev (78 kq)
Allahverdi Məmmədov (+78 kq).

Qızlardan ibarət millimizin baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə dünya çempionatında bu taekvondoçuları sınayacaqlar:

Gülü Zamanlı (42 kq)
Xuraman Cavadzadə (44 kq)
Nilufər Borji (49 kq)
Seyidxanım Məmmədova (52 kq)
Sehri Cəlalova (55 kq)
Fatimə Həsənova (59 kq)
Nərgiz Kazımova (63 kq)
Bahar İbrahimova (68 kq).

Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Dünya çempionatında ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq.

Qeyd edək ki, oktyabrın 1-də start götürəcək yarış altı gün davam edəcək.