Taekvondo yığmamız Cənubi Koreyada hazırlıq keçir

Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təlim-məşq toplanışındadır.

Arena.az xəbər verir ki, Yonqin şəhər Universitetində hazırlıq keçən komandaya baş məşqçi Sun Mi Park və məşqçi Sənan Həşimov rəhbərlik edirlər.

Məşqlərə Minaya Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidova cəlb olunublar. Toplanışda millimizlə yanaşı, Kanada, Seul, Jeju və digər yerli bölgələrdən tələbə taekvondoçular da iştirak edirlər.

Taekvondo yığmamız məskunlaşdığı Çunçeon şəhərinin akademiyasında da hazırlıq keçir. Oktyabrın 9-na qədər davam edəcək toplanışın növbəti günlərində sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır.