Tahir Gözəl Bolqarıstan və Fransadakı səfirlərimizlə görüşdü

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl komanda ilə birgə Bolqarıstana səfərə yollanıb.

Arena.az xəbər verir ki, bu barədə klub rəhbəri bu gün Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov ilə onun xanımı, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

Görüş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Ludoqorets”lə qarşılaşacaq “Qarabağ”ın Bolqarıstana səfəri çərçivəsində baş tutub.

Tahir Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva komandaya uğurlar arzulayıblar.

Qeyd edək ki, səfirlər bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Ludoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qarabağ” – “Ludoqorets” matçında Ağdam klubu 1:2 hesablı məğlubiyyətə üzülmüşdü. Bu üzdən də Azərbaycan çempionu pley-offa vəsiqənin taleyinə səfər matçında aydınlıq gətirməlidir.