Taleh Məmmədov karyerasını başa vurdu

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının üzvlərindən olan Taleh Məmmədov (63 kq) karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, bundan sonra məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Taleh Məmmədov Avropa ikincisi və dünya üçüncüsüdür.