“Neftçi” sol cinah müdafiəçisi Tallison Dias ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Braziliyalı oyunçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Tallison Dias 22 oyunda meydana çıxıb.
“Neftçi” daha öncə Keysuke Honda, Rener Alveş, Ahmed Ahmedov, Bruno Teluşi, Səlahət Ağayev, Anton Krivotsyuk və Stiven Jozef-Monrozla da yollarını ayırmışdı. Rəhman Hacıyev və Turan Vəlizadə isə “Keşlə”yə icarəyə verilib.


