İsveç Seks Federasiyası tarixdə ilk dəfə Avropa Seks Çempionatı keçiriləcəyini açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə İsveç Seks Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, seks üzrə ilk Avropa çempionatına İsveç ev sahibliyi edəcək.
Yarış İsveçin Göteborq şəhəri yaxınlığında keçiriləcək. Açılışı iyunun 8-nə nəzərdə tutulmuş turnir bir neçə həftə davam edəcək. Yarışda dünyanın 20 ölkəsindən nümayəndə iştirak edəcək.
Çempionatın üç mərhələdə keçiriləcəyi bildirilir. Reqlamentə əsasən, iştirakçıların hər birinin müəyyən sayda xal toplamalı olduğu dəqiqləşib.
Yarışların 16 növ üzrə keçirilməsi nəzərdə tutulub. Turnir cazibədarlıq, bədənin müxtəlif hissələrinin masajı, rəqibin bədənində erotik zonaların masajı, seksqabağı sevgi oyunları, oral seks, giriş, dözümlülük, xarici görünüş, pozaların tətbiqi, poza dəyişikliyində yaradıcılıq, dözümlülük və müəyyən vaxt ərzində orqazmların sayı, bədii ifa və poza mübadiləsi, yarış zamanı arterial təzyiqin və ürək döyüntülərinin artması, ən gözəl və çətin poza, münsiflər heyəti və tamaşaçılara görə ən bədii ünsiyyət, yarış ərzində ən fəal olan cütlük, eləcə də “Kamasutra” üzrə ən bədii cütlük, münsiflər heyəti və tamaşaçılar arasında ən populyar cütlük kateqoriyalarını əhatə edir.
Vurğulayaq ki, İsveç seksi bir idman növü kimi qeydiyyatdan keçirən ilk ölkədir.
İsveç Seks Federasiyası 2016-cı ildə yaradılıb. Qurum hazırda seksi dünyada idman hesab edən yeganə təşkilatdır. Təşkilat seks təlimi və seks yarışmaları sahəsində aparıcı olduğunu iddia edir və 30-dan çox assosiasiyaya malik, ölkə üzrə 3000-dən çox üzvü olduğunu vurğulayır.