Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Aston Villa” klubu müdafiəçisi Tayron Minqz ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2024-cü ilin 30 iyununa qədər idi.
Tayron Minqz 2019-cu ilin yanvarından “Aston Villa”nın uğurları üçün çalışırdı. Vaxtilə “Bornmut”dan 22.3 milyon avroya transfer edilmiş mərkəz müdafiəçisi indiki komandasında 149 oyun keçirib. 29 yaşlı futbolçu bu oyunlarda 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
İngilis futbolçu daha öncə ölkəsində “Yeyt Taun”, “Çippenem Taun”, “İpsviç Taun” və “Bornmut”da da oynayıb. Müdafiəçi İngiltərə milli komandasında keçirdiyi 17 oyunda 2 qola imza atıb.