İspaniya La Liqasının prezidenti Xavyer Tebas, Madrid “Real”ının baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottiyə səslənib.
Arena.az məlumat verir ki, daha əvvəl Ançelotti, Tebasın “qaymaqlılar” haqda çox danışdığına eyham vurmuşdu.
“Karlo, hamıya məlumdur ki, institutlar rəhbərlərinin əməllərində və sözlərində əksini tapır. Futbolda isə – bundan da aşırı. Ona görə də, mən, “Real”ın ağlaşma quran klub olduğunu deyəndə, məhz onun rəhbərlərinin “yarışların saxtalaşdırıldığı”, “bütün hakimlərin isə “Real”a münasibətdə düşünüşdüyü” haqda qurban simasını yaratdığını və fitnə-fəsad nəzəriyyələri qurduğunu nəzərdə tuturdum.
Məzəlidir, elə eyilmi? Axı müvafiq ifadələr özündən nəinki yarışa hörmətsizliyi, həmçiin sizi meydanda məğlub etmiş klublara sayğısızlığı ifadə edir, olsun ki, onlar daha yaxşı idilər və ya sadəcə ona görə ki, onların bəxti daha çox gətirib. Bax, milyonlarla azarkeşi təhqir edən də budur.
Mən uşaqlıqdan madridizmlə nəfəs alıram və bütün bu yöndəmsiz çıxış, hansı ki rəhbərlik təşviq edir, bizim həmişə bildiyimiz dəyərlərlə ziddiyyət təşkil edir.
Karlo, təəssüf ki, səni buna görə sənin təcrübəndən yararlanmaqla istifadə edirlər.
P. S. “Real”a məxsusluğu satın almaq olmaz – bu, daxildən duyulur. Onu, bəzilərinin etdiyi kimi paylamır və bəxşiş etmirlər… digərləri isə susqunluqla qəbullanırlar”, – Tebas özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.


