La Liqanın prezidenti Xavyer Tebas “Neqreyra işi” ilə bağlı danışaraq, İspaniya futbolunun şərəfinə ciddi zərbə vurulduğunu bildirib.
Arena.az “Madrid Universal” dərgisinə istinadən Tebasın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Negreyra işi” haqqında nə düşünürəm? Bunun heç nəyə gətirib çıxaracağını düşünmürəm. 2023-cü ildə İspaniya futbolunun şərəfi ciddi şəkildə zədələndi: Vinisiusla bağlı irqçilik işi, “Neqreyra işi” və İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti ilə bağlı vəziyyət”.
Xatırladaq ki, Tebas “Neqreyra işi” ilə bağlı “Barselona” prezidenti Joan Laportanın rüşvətxorluqda ittiham edilərək müttəhim qismində sorğulanacağına təəccüblənmədiyini də bildirmişdi.


