Tebas: “La Liqa “Sevilya”nın “Real”dan şikayətini dəstəkləyəcək”

La Liqanın prezidenti Xavyer Tebas “Sevilya”nın “Real”ın klub televiziyasından şikayəti ilə bağlı qurumun mövqeyini açıqlayıb.

Arena.az məlumat verir ki, söhbət “Sevilya”nın iddiasına görə, hakimlərə təzyiq göstərən “Real”ın klub televiziyasına qarşı Əndəlüs klubunun İspaniya Kral Futbol Federasiyasına (RFEF) etdiyi şikayətdən gedir:

Tebas yerli mətbuata açıqlamasında sözügedən məsələyə dair bunları dilə gətirib: “Biz bunu dəstəkləyəcəyik. Tənqid etməyimiz yaxşıdır. Çünki söz azadlığımız var, amma hər həftə davamlı ücəşmələr və onların nümayiş etdirdiyi üstünlük əsaslı dəlillər deyil”, – “Madrid Zone” Tebasdan sitat gətirir.

Xatırladaq ki, “Sevilya”nın şikayəti komandaların başa-baş oyunundan əvvəl, “Real”ın televiziyasının komandalar arasında baş tutacaq oyunda baş hakim olacaq İsidro Dias de Mera Eskuderosun hakimliyinin təhlilini əks etdirən videosu ilə bağlı idi. “Real” televiziyası bu təhlilində Eskuderosun əvvəlki oyunlarda “qaymaqlılar”a qarşı səhvlərə yol verdiyi fikrini ifadə edirdi. Daha öncə “Barselona” da “Real”ın klub televiziyasından oxşar məqamlarla bağlı şikayətlənmişdi. Madrid klubunun bu yolla hakimlərə təzyiq göstərdiyi bildirilir.

“Real” “Sevilya” ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb. Madrid təmsilçisi hazırda La Liqada 65 xalla vahid liderdir. “Jirona” 59 xalla 2-ci, “Barselona” 57 xalla 3-cü, “Sevilya” isə 24 xalla 15-cidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: