Ten Haq jurnalistin sualı qarşılığında mətbuat konfransını tərk etdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq jurnalistin ona ünvanladığı sual qarşılığında mətbuat konfransını tərik edib.

Arena.az məlumat verir ki, dünən, aprelin 13-də İngiltərə Premyer Liqasının 33-cü turunun səfər oyunu çərçivəsində “Mançester Yunayted” “Bornmut”la 2:2 hesablı heç-heçə oynayıb.

Jurnalist İngiltərə Premyer Liqasında “Mançester Yunayted”in tarixində mümkün ola biləcək ən pis nəticə ilə bağlı niderlandlı mütəxəssisə sual ünvanlayıb:

  • Sizin yeddinci yerdə qalmaq təhlükəniz var. Əgər yeddinci yerdən aşağı düşsəniz, bu, “Mançester Yunayted”in Premyer Liqada ən pis nəticəsi olacaq. Daha yüksəkdə ola bilərsinizmi?

Erik ten Haq isə bu sualı belə cavablayıb:

  • Mən bu suala cavab vermək istəmirəm, bu, hazırda vacib deyil.

Ardınca isə niderlandlı mütəxəssis ayağa qalxaraq mətbuat konfransını tərk edib.

Hazırda “Mançester Yunayted” 32 oyundan 50 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.