Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində!

Azərbaycan şahmatçsı Teymur Rəcəbov Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat məlumat verilib.

Xəbərdə bildirilir ki, hər il ənənəvi olaraq təşkil edilən yarış mayın 14-22-si aralığında keçiriləcək.

Təşkilatçılar tərəfindən hazırlanan “Şarja Masters”in afişasında Teymur Rəcəbov da yer alıb.