Teymur Rəcəbov yenidən İddiaçılar Turnirində!

Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb.

34 yaşlı qrossmeyster 2019-cu ildəki Dünya Kubokunun qalibi kimi yarışa dəvət alıb. Qərarı FİDE Şurasının üzvləri qəbul edib. Turnirin digər iştirakçıları hələ müəyyənləşməyib.

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusla əlaqədar ötən il bu turnirdən imtina etmişdi.