Teymur Rəcəbovdan bir gündə 5 heç-heçə

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılıb.

Arena.az xəbər verir ki, “Opera Euro Rapid”də Azərbaycanı təmsil edən Teymur Rəcəbov ağ fiqurlarla Aniş Giri (Niderland) və Hikaru Nakamura (ABŞ), qara fiqurlarla isə Yan Nepomnyaşi (Rusiya), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) ilə qarşılaşıb. Bütün görüşlər heç-heçə ilə yekunlaşıb.

Hazırda azərbaycanlı qrossmeysterin aktivində 10 oyundan sonra 5.5 xal var.

İlkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq.

“Opera Euro Rapid”in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.