Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində növbəti rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda niderlandlı Aniş Giri ilə qarşılaşacaq.
Giri seçmə mərhələni 9.5 xalla 2-ci, Teymur Rəcəbov isə 8 xalla 7-ci pillədə başa vurub.
1/4 final cütlərinin tərkibi:
Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)
Uesli So (ABŞ) – Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa)
Bu gün baş tutacaq qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.