Futbol üzrə Almaniya yığmasının və “Tottenhem”in mərkəz müdafiəçisi Tilo Kerer bundan sonra “Monako”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
“Monako” 27 yaşlı alman futbolçunu bu mövsümün sonnuna kimi satınalma şərti ilə icarəyə götürüb. Kererin “çəkicdöyənlər”lə müqaviləsi isə 2026-cı ilin 30 iyununa qədər qüvvədədir.
Xatırladaq ki, daha əvvəl, Kererlə “Renn”, “Nitsa”, “Ayntraxt” (Frankfurt) və “Atalanta”nın da maraqlandığı haqda məlumat yayılmışdı.
Cari mövsümdə Kerer “Vest Hem”in heyətində bütün yarışlarda 12 oyun keçirib və bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, 2022-ci ildən formasını geyindiyi İngiltərə klubunun heyətində bütövlükdə 50 matça çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Tilo Kerer karyerası ərzində PSJ və “Şalke” kimi klubların da formasını geyinib. O, Almaniya milli komandasında da 27 oyun keçirib.
“Transfermarkt” internet-portalı Tilo Kereri 9 milyon avro məbləğində qiymətləndirir.
