Tofiq Musayev UFC-də çıxış edəcək – Debüt Bakıda olacaq

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.

Arena.az xəbər verir ki, Musayev ilk döyüşünü iyunun 21-də Bakıda keçiriləcək turnirdə keçirəcək.

35 yaşlı idmançının UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib.

Xatırladaq ki, Tofiq Musayev son döyüşünü 2023-cü ilin noyabrında keçirib. O, həmin vaxt “Rizin” çərçivəsində yaponiyalı Kodji Takedaya 3-cü raundda nokautla qalib gəlib.

Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.