Tokio-2020 Yay Olimpiya Oyunlarında çəkicatma yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən atletlərdən Anna Skidan da mübarizəyə qoşulub.
Təsnifat mərhələsində A qrupunda qərarlaşan atlet ilk cəhdində 67.93 metr nəticə göstərib. 29 yaşlı idmançının ikinci cəhdi isə uğursuz alınıb. Skidan üçüncü cəhdində 69.57 metr nəticəyə imza atıb. Bu nəticədən sonra təmsilçimiz yer aldığı A qrupunda 15 idmançı arasında 8-ci yeri tutub. Bu isə onun finala vəsiqə qazanması üçün yetərli olmayıb.
Beləcə, Anna Skidan da Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Bununla, Azərbaycanın Tokio-2020-də çıxışını başa vuran idmançılarının sayı 25-ə çatıb.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


