Tokio-2020: Azərbaycan boksçusu bürünc medalla kifayətləndi

Tokio-2020 Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsi davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi Alfonso Dominqes (+91 kq) yarımfinal döyüşünü keçirib.

Onun rəqibi Rio-2016-nın qızıl medalçısı Arlen Lopes (Kuba) olub. Alfonso Dominqes rəqibinə 0:5 hesabı (28:29, 28:29, 28:29, 28:29, 28:29) ilə məğlub olaraq finala çıxmaq şansını itirib. 26 yaşlı boksçumuz bürünc medalla kifayətlənməli olub.

Alfonso Dominqes 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırmışdı.

Qeyd edək ki, bu, Azərbaycanın Tokio-2020-də qazandığı ikinci medaldı. Daha öncə qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) da bürünc medala sahib çıxmışdı.