Tokio-2020: Azərbaycan cüdoçularından uğursuz start

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib. Arena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov olimpiadaya qələbə ilə başlayıb. O, Böyük Britaniyanı təmsil edən Eşli Makkenzini məğlub edib. Hüseynov 1/8 finalda Gürcüstan təmsilçisi, dünya çempionu Luxumi Çxvimianiyə uduzaraq olimpiadada mübarizəni dayandırıb.

Qadınların yarışında isə Aişə Qurbanlı (48 kq) ilk görüşdəcə mübarizəni dayandırıb. O, 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzub.

Bu gün start götürmüş Tokio-2020 avqustun 8-nə qədər davam edəcək.